İbrahimoviç meydana girən azarkeşə futbolkasını hədiyyə edib
- 14 dekabr, 2015
- 05:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 14 dekabr. REPORT.AZ/ Fransa çempionatında XVIII turun PSJ - "Lion" matçından sonra maraqlı hadisə yaşanıb. "Report"un məlumatına görə, baş hakimin final fitinin ardından Paris təmsilçisinin gənc azarkeşi meydana girərək Zlatan İbrahimoviçin yanına qaçıb.
İsveçli futbolçu azarkeşi qucaqlayıb və ona öz futbolkasını hədiyyə edib. Bundan sonra azarkeş mühafizə xidmətinin əməkdaşlarının müşayiəti ilə meydanı tərk edib.
Qeyd edək ki, görüş PSJ-nin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Zlatan İbrahimoviç "Lion"un qapısından 2 top keçirib.
Aujourd’hui j’ai eu l’honneur d’être reçu par SEM Abdessamad Kayouh, Ministre du Transport et de la Logistique du Maroc. Nous avons discuté la possibilité de la coopération dans les domaines de l’aviation civile, de la logistique et la signature des accords bilatéraux.… pic.twitter.com/742VFT1Wdv
— Nazim Samadov (@NazimSamadov) July 23, 2025