“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Azərbaycan millisi Gürcüstana qalib gəlib

Futbol
  • 03 may, 2023
  • 17:38
“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Azərbaycan millisi Gürcüstana qalib gəlib

Azərbaycan millisi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində bu gün növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, yığma A qrupundakı 3-cü sınağında Gürcüstanla qarşılaşıb. Bakı Tennis Akademiyasında baş tutan qarşılaşma Azərbaycanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Milli komanda bu nəticədən sonra 7 xalla Serbiya ilə birlikdə liderliyi bölüşdürür. 3 xalı olan Gürcüstan isə 4-cü sırada qalıb.

Qeyd edək ki, qrup birinciləri yarımfinala vəsiqə qazanacaqlar. 2-3-cü yerləri tutacaq komandalar isə pley-offda üz-üzə gələcəklər.