Henninq Berq: "Qarabağ"la matçda ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq"

Futbol
  • 22 noyabr, 2021
  • 05:46
Henninq Berq: Qarabağla matçda ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq
Henninq Berq

"Qələbəyə görə sevinirik. Rəqib yaxşı komandadır. Artıq diqqətimizi "Qarabağ"la matça yönəldəcəyik".

"Report"un məlumatına görə, bu fikirləri "Omoniya"nın baş məşqçisi Henninq Berq evdə "Aris"i 3:0 hesabı ilə məğlub etdikləri Kipr çempionatının X tur oyunundan sonra mətbuat konfransında deyib.

52 yaşlı norveçli mütəxəssis "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur görüşü barədə də danışıb: "Hər matça fərqli yanaşırıq. "Qarabağ"la görüşdə ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Heyətdə dəyişikliklər olacaq. Bu, bəzi oyunçular üçün fürsətdir. Onlar o qədər də çox şans əldə etmirlər. Daha sonra APOEL-lə görüşü düşünə bilərik. Hazırda bütün fikrimiz Bakıdakı qarşılaşmadadır".

Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Omoniya" oyunu saat 21:45-də başlayacaq. 4 oyundan sonra 10 xal toplayan Azərbaycan təmsilçisi H qrupunda liderdir və vaxtından əvvəl pley-offa vəsiqəni təmin edib. Kipr klubu isə 2 xalla 3-cü sırada qərarlaşıb.