Kristian Eriksen məşqlərə başlayıb
- 31 dekabr, 2021
- 06:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Hazırda azad agent statusunda olan futbolçu Kristian Eriksen məşqlərə başlayıb.
"Report"un məlumatına görə, jurnalist Nikolo Skira danimarkalı yarımmüdafiəçinin bir neçə təklif aldığını bildirib.
O, Eriksenlə Danimarka, Niderland və İngiltərə klublarının əlaqə saxladığını yazıb.
Qeyd edək ki, İtaliya "İnter"i dekabrın 17-də Kristian Eriksenin komandadan getdiyini açıqlayıb. Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləni pozublar. A Seriyasının qaydalarına əsasən, də futbolçu defibrillyatorla oynaya bilməz.
K.Eriksen iyunun 12-də Avropa çempionatının Danimarka - Finlandiya (0:1) oyunu zamanı yerə yıxılıb və ayağa qalxa bilməyib. Meydanda ilkin yardım göstərdikdən sonra onu xəstəxanaya aparıblar. Sonradan K.Eriksenin ürək dayanması keçirdiyi müəyyənləşib. Oyunçuya kardioverter-defibrilyator qoyublar. O vaxtdan danimarkalı futbolçu rəsmi matçlarda meydana çıxmayıb.
Christian Eriksen.#ForDanmark #DENpic.twitter.com/HLdW1U1RS9
— Danish Football (@DANISHF00TBALL) December 30, 2021