Gənclər liqalarında oyunçu, əvəzetmə sayı və meydan ölçüsünün dəyişdirilməsi gözlənilir
- 10 sentyabr, 2026
- 13:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın aşağı yaş qrupları üzrə futbol çempionatlarında oyunçu sayı, meydanın ölçüsü və əvəzetmələrlə bağlı qaydaların dəyişdirilməsi gündəmdədir.
Bu barədə "Report"a açıqlamasında "Qarabağ" Futbol Akademiyasının koordinatoru Aftandil Hacıyev bildirib.
O, AFFA-nın gənclər futbolunda oyun formatlarının təkmilləşdirilməsi ilə bağlı klublarla məsləhətləşmələri davam etdirdiyini xatırladıb.
A.Hacıyev klub rəhbərlərinin təşəbbüsü ilə keçirilmiş növbəti video-görüşlə bağlı fikirlərini bölüşüb:
"Gənclər liqalarında oyun formatlarının təkmilləşdirilməsi müzakirə olunub. Amma necə olacağı hələlik bəlli deyil. Məsləhətləşmələr davam edir. Hamımız AFFA-nın yekun qərarını gözləyirik. Amma hər kəs öz fikrini söyləyib. Oyunçu sayına, meydanın ölçüsünə, əvəzetmələrə yenidən baxılması ilə bağlı müzakirələr olub".