Gəncə Futbol Akademiyasının açılış tarixi müəyyənləşib

Futbol
  • 07 yanvar, 2024
  • 12:12
Gəncə Futbol Akademiyasının açılış tarixi müəyyənləşib

Gəncə Futbol Akademiyasının açılış tarixi müəyyənləşib.

AFFA-nın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, akademiyanın binası yanvarın 11-də istifadəyə veriləcək.

Həmin gün saat 14:00-da bununla bağlı tədbir keçiriləcək. Açılışda AFFA prezidenti Rövnəq Abdullayev, milli assosiasiya rəsmiləri, eləcə də Gəncə futbol ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, Gəncə Futbol Akademiyası AFFA-nın dəstəyi ilə inşa edilib.

44 - Tezliklə