Futzal üzrə Azərbaycan millisi Türkiyə yığmasına qalib gəlib

Futbol
  • 07 aprel, 2018
  • 12:12
Futzal üzrə Azərbaycan millisi Türkiyə yığmasına qalib gəlib

Bakı. 7 aprel. REPORT.AZ/ Futzal üzrə Azərbaycan millisi “Bakı 2018” Türk Şurası Universitet İdman Oyunlarının qalibi olub.

“Report” xəbər verir ki, Joze Alesio da Silvanın rəhbərlik etdiyi kollektiv Türkiyə yığmasını 9:2 hesablı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycan millisi aprelin 7-də Qazaxıstan, 9-da isə Qırğızıstan yığması ilə qarşılaşmalı idi. Lakin sözügedən kollektivlər yarışda iştirakdan imtina ediblər.