Futzal üzrə Azərbaycan millisi Türkiyə yığması ilə qarşılaşıb

Futbol
  • 21 fevral, 2019
  • 16:35
Futzal üzrə Azərbaycan millisi Türkiyə yığması ilə qarşılaşıb

Bakı. 21 fevral. REPORT.AZ/ 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib. 

"Report" xəbər verir ki, Ağatahir Əzimovun baş məşqçisi olduğu kollektiv yenə Türkiyənin müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib. Bakı İdman Sarayında baş tutan qarşılaşma Azərbaycan millisinin 1:10 hesablı məğlubiyyəti ilə yekunlaşıb. 

Qeyd edək ki, iki komanda fevralın 19-da da qarşılaşıb. Həmin görüş Türkiyə millisinin 5:3 hesablı qələbəsi ilə başa çatıb.