Fransa millisinin sabiq baş məşqçisi vəfat edib
Futbol
- 24 aprel, 2018
- 11:04
Bakı. 24 aprel. REPORT.AZ/ Fransa millisinin sabiq futbolçusu və baş məşqçisi Anri Mişel vəfat edib.
“Report” RFI radiosuna istinadən xəbər verir ki, tanınmış mütəxəssis 71 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Anri Mişel futbolçu karyerasının çox hissəsini vətənində “Nant”ın heyətində keçirib. O həmçinin Fransa yığmasında 58 oyuna çıxıb. Məşqçi kimi ilk uğuruna Fransanın gənclərdən ibarət millisi ilə 1984-cü il Los-Anceles Yay Olimpiya Oyunlarının qalibi olmaqla imza atan Mişel 1984 – 1988-ci illərdə ölkəsinin əsas yığmasının sükanı arxasında olub. O, DÇ-1986-da bürünc medal əldə edib. Mərhum Kamerun, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, Tunis, Kot-Divuar, Ekvatoriyal, Qvineya və Keniya yığmalarına da rəhbərlik edib.
Son xəbərlər
14:41
Mirbağır İsayev: "Səbail"in komandalarını akademiyanın yetirmələri ilə təmin etmək niyyətindəyik"
Futbol14:31
Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir
Xarici siyasət14:29
Yelena Şabovta: "Azərbaycanın voleybol millisi son 5-6 ilin ən yaxşı oyunlarını qrupda keçirdi"
Komanda14:29
Prezident: Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəfliliyə töhfə verməyə davam edəcək
Xarici siyasət14:19
Rafinya İspaniya çempionatında Lionel Messinin göstəricisini təkrarlayıb
Futbol14:17
İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib
Daxili siyasət14:16
İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətləri ən yüksək səviyyəyə çatıb
Xarici siyasət14:16
"Şimal" klubu nigeriyalı Umar Abubakarı heyətinə qatıb
Futbol14:14