Fransa millisinin məşqçisi Qi Stefan: "Norveçlə matçda üzərimizə düşəni yerinə yetirdik"

Futbol
  • 27 iyun, 2026
  • 03:41
Fransa millisinin məşqçisi Qi Stefan: Norveçlə matçda üzərimizə düşəni yerinə yetirdik

Fransa millisi Norveçlə matçda üzərinə düşəni yerinə yetirib.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Fransa yığmasının məşqçisi Qi Stefan Norveçə qarşı DÇ-2026-nın qrup mərhələsinin III turunun oyunundan sonra deyib.

Mütəxəssis qələbə qazandıqları qarşılaşmanı şərh edib:

"İlk öncə fikirlərim baş məşqçimiz Didye Deşamla bağlıdır. Onun tezliklə aramıza qayıdacağını səbirsizliklə gözləyirik. Sabahkı məşqdə bizimlə olacaq. Oyuna gəlincə, üzərimizə düşəni yerinə yetirdik. Komandanın oyunundan zövq aldıq, yüksək temp nümayiş etdirdik və bir çox qol epizodu yaratdıq. Dörd qol vurduq. Usman Dembele het-trik etdi, Dezire Due isə peşəkar karyerasında ilk dəfə başla qol vurdu. Bunlar hamısı müsbət məqamlardır və bu performansın üzərinə daha da əlavə etməliyik".

O, bəzi anlarda istədikləri səviyyədə çıxış etmədiklərini vurğulayıb:

"Çatışmazlıqları aradan qaldırmalıyıq. Turnirdə irəlilədikcə qarşımıza daha güclü rəqiblər çıxacaq. Buna görə də daim diqqətli olmalıyıq. Bu qələbəyə sevinirik və onun həzzini çıxaracağıq. Amma sabahdan etibarən Didye Deşamla birlikdə yenidən işimizə qayıdırıq".

Qeyd edək ki, Fransa yığması Norveçi 4:1 hesabı ilə məğlub edib.

44 - Tezliklə