Fransa klubları Rahim Sterlinqi transfer etmək istəməyiblər

Futbol
  • 28 sentyabr, 2026
  • 20:41
Fransa klubları Rahim Sterlinqi transfer etmək istəməyiblər

İngiltərə millisinin sabiq futbolçusu Rahim Sterlinq Fransa Liqa 1-in iki klubuna təklif olunub.

"Report" xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.

31 yaşlı vinger üçün mümkün variantlardan biri "Havr" olub. Lakin Fransa klubu futbolçunun xidmətində maraqlı olmayıb. Adı açıqlanmayan digər Liqa 1 təmsilçisi də Sterlinqi heyətinə qatmaq istəməyib.

Sterlinq sentyabrda təhlükəli avtomobil idarə etmək və azot oksidindən istifadə ilə bağlı ittihamları qəbul edib.

Karyerası ərzində "Liverpul", "Mançester Siti", "Çelsi", "Arsenal" (hamısı İngiltərə) və "Feyenoord" (Niderland) kimi klubların formasını geyinən Sterlinq hazırda özünə yeni komanda axtarır.