Franko Foda: "Bakıdakı matçın 2-ci hissəsində meydanın ən yaxşısı biz idik"

Futbol
  • 22 iyul, 2022
  • 15:52
Franko Foda: Bakıdakı matçın 2-ci hissəsində meydanın ən yaxşısı biz idik

"Həm hücumda, həm də müdafiə xəttində daha sabit oynamaq, inkişaf etmək istəyirik".

"Report"un məlumatına görə, bunu İsveçrə "Sürix"inin baş məşqçisi Franko Foda Bakıda "Qarabağ"a 2:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə klubun rəsmi saytına açıqlamasında deyib.

56 yaşlı mütəxəssis ilk hissədə meydanın ən yaxşısı olduqlarını bildirib: "Artıq nəticə qazanmağın vaxtı çatıb. Ardıcıl 2 səfər matçından sonra yeni mövsümdəki ilk ev oyunumuzu səbirsizliklə gözləyirik".

Qeyd edək ki, "Sürix" və "Qarabağ" arasında cavab görüşü iyulun 27-də İsveçrədə keçiriləcək. Sürix təmsilçisi bu matçdan öncə ölkə çempionatının II turunda "Lütsern"i qəbul edəcək.