"Fiorentina" Paolo Vanolini baş məşqçi vəzifəsinə qaytarıb

Futbol
  • 08 sentyabr, 2026
  • 02:44
Fiorentina Paolo Vanolini baş məşqçi vəzifəsinə qaytarıb

"Fiorentina" Paolo Vanolinin komandanın baş məşqçisi vəzifəsinə qayıtdığını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytında məlumat yayılıb.

Daha əvvəl komandaya iyunun 8-də baş məşqçi təyin olunan Fabio Qrosso rəhbərlik edirdi. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.

Vanoli daha əvvəl 2025-ci ilin noyabrından 2026-cı ilin iyununa qədər "Fiorentina"nı çalışdırıb. Onun rəhbərliyi altında komanda ötən mövsüm A Seriyasını 15-ci pillədə başa vurub.

Mütəxəssis müxtəlif illərdə İtaliyanın aşağı yaş qrupları üzrə milli komandalarında, həmçinin "Spartak", "Venesiya" və "Torino" klublarında çalışıb.

"Fiorentina" cari A Seriyası mövsümünün ilk üç turunda xal qazana bilməyib. Komanda "Roma"ya 0:4, "Frozinone"yə 0:3 hesabı ilə uduzub, həmçinin "Torino" ilə qarşılaşmada məğlub olub. Hazırda Florensiya təmsilçisi turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

44 - Tezliklə