Fernandu Santuş Bakıda idman obyektləri ilə tanış olub

Futbol
  • 14 iyun, 2024
  • 05:39
Fernandu Santuş Bakıda idman obyektləri ilə tanış olub

Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş Bakıda idman obyektləri ilə tanış olub.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 69 yaşlı portuqaliyalı mütəxəssis bu məqsədlə “Liv Bona Dea Arena”, Milli Komandaların Təlim-Məşq Mərkəzi, Bakı Olimpiya Stadionu, “ASCO Arena” və Tofiq Bəhramov adına Respublika stadionuna baş çəkib.

Baş məşqçiyə adıçəkilən məkanların hazırkı durumu və orada yaradılan şəraitlə bağlı məlumat verilib.