“Fənərbağça” daha bir futbolçu transfer edib
Futbol
- 12 yanvar, 2024
- 08:54
Türkiyənin “Fənərbağça” klubu daha bir futbolçu transfer edib.
“Report”un yerli mətbuata istinadən məlumatına görə, İtaliya təmsilçisi “Milan”ın yarımmüdafiəçisi Rade Kruniç karyerasını İstanbul nəhəngində davam etdirəcək.
Klublar 4,5 milyon avro qarşılığında ortaq məxrəcə gəliblər. “Milan”ın CEO-su Corcio Furlani “Sky”a açıqlamasında transferin reallaşdığını təsdiqləyib. Bu gün İstanbula yollanacaq Bosniya və Herseqovina millisinin üzvü tibbi müayinədən keçdikdən sonra yeni komandası ilə 3,5 illik müqavilə bağlayacaq. 30 yaşlı Kruniçin illik məvacibinin 3,5 milyon avro olacağı gözlənilir.
Qeyd edək ki, “Fənərbağça” ötən gün italiyalı müdafiəçi Leonardo Bonuççinin transferini rəsmiləşdirib.
Son xəbərlər
12:16
Azərbaycan ilə Çin arasında beynəlxalq avtomobil daşımaları haqqında sazişin mübadiləsi baş tutub
Xarici siyasət12:16
Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək
Ekologiya12:16
Foto
Salyan şossesində 500 yeni ağac əkilib
Ekologiya12:11
Gündüz İsmayılov: Dinin siyasiləşdirilməsi bütün dünyada müşahidə olunan tendensiyadır
Din12:08
Luis Silvestr 4 oyunluq cəzalanıb, "İmişli" 10 000 manat cərimələnib
Futbol11:58
Foto
"Formula 1": Bakı Bulvarında əyləncə zonası fəaliyyətə başlayır
Formula 111:56
Milli Məclisdə QHT-lərin fəaliyyəti müzakirə olunacaq
Daxili siyasət11:52
Azərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 19 %-ə yaxın artıb
Maliyyə11:52