Erlinq Holann yeni dünya şahmat çempionatına investor olub

Futbol
  • 19 mart, 2026
  • 20:19
Erlinq Holann yeni dünya şahmat çempionatına investor olub

Norveç millisinin və İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Holann şahmat üzrə yeni çempionatına investor olub.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) mətbuat xidməti məlumat yayıb.

2025-ci ilin oktyabrında FIDE və "Norway Chess" yeni dünya çempionatının yaradıldığını elan ediblər. Turnir üç növ üzrə qalibləri müəyyən edəcək: klassik şahmat, rapid və blits. 2026-cı ilin payızında turnir pilot formatda keçiriləcək, ilk tam miqyaslı çempionat isə 2027-ci ilə planlaşdırılır. Yarışın mükafat fondu 2,7 milyon ABŞ dolları təşkil edəcək.

Məlumatda qeyd olunur ki, Holann biznesmen Morten Borqe ilə birgə "Chess Mates" şirkətini təsis edib və bu şirkət "Norway Chess" turnirinin rəsmi sahibi olacaq.

44 - Tezliklə