Elxan Məmmədovun sədrliyi ilə UEFA Komitəsinin növbəti iclası keçirildi

Futbol
  • 15 aprel, 2021
  • 16:34
Elxan Məmmədovun sədrliyi ilə UEFA Komitəsinin növbəti iclası keçirildi
Elxan Məmmədov

UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) 2021-ci ildə ilk iclası keçirilib.

"Report"un məlumatına görə, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tədbir videokonfrans formatında təşkil olunub.

İclasda cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, müvafiq komitənin sədri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovdur.