Elmar Baxşıyev: "Sabah" ilk hissədə təzyiqə dözə bilsə, Mançesterdə müsbət nəticəyə ümid edə bilər"

Futbol
  • 08 sentyabr, 2026
  • 17:12
Elmar Baxşıyev: Sabah ilk hissədə təzyiqə dözə bilsə, Mançesterdə müsbət nəticəyə ümid edə bilər

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində "Mançester Yunayted"lə səfər görüşünün ilk hissəsində rəqibin təzyiqinə dözə bilsə, müsbət nəticəyə ümid edə bilər.

Bunu "Report"a açıqlamasında "Qəbələ" və "Araz-Naxçıvan" klublarının sabiq baş məşqçisi Elmar Baxşıyev deyib.

"Mançester Yunayted" matçın favoritidir. İngiltərə klubları ilə səfər oyunları bütün komandalar üçün çox çətin keçir. Heyət baxımından da Mançester təmsilçisi üstündür. "Sabah" ilk hissədəki təzyiqə dözə bilsə, müsbət nəticəyə ümid edə bilər", - o bildirib.

Mütəxəssis tərəflərin şanslarını da dəyərləndirib:

"Son illərdə Çempionlar Liqasında daim iştirak etmədiyindən, rəqibin də müəyyən çətinliklərinin olmaq ehtimalı yüksəkdir. "Sabah" ilk dəfə bu cür turnirlərdə mübarizə apardığından, hər bir detal komandaya həm mənfi, həm də müsbət təsir göstərə bilər".

Qeyd edək ki, "Mançester Yunayted" - "Sabah" görüşü sentyabrın 10-da, Bakı vaxtı ilə saat 23:00-da "Old Trafford"da start götürəcək.

44 filmi