Dünyanın ən bahalı futbol çempionatlarının reytinqi məlum olub

Futbol
  • 26 oktyabr, 2023
  • 00:48
Dünyanın ən bahalı futbol çempionatlarının reytinqi məlum olub

“Transfermarkt” portalı dünyanın ən bahalı futbol çempionatlarının reytinqini tərtib edib.

“Report”un məlumatına görə, ən bahalı liqa İngiltərə Premyer Liqasıdır. Onun dəyəri 11,04 milyard avro qiymətləndirilir.

Reytinqdə ikinci yeri İspaniya La Liqası (4,77 milyard avro) tutur. Ən bahalı çempionatların "üçlüy"ünü İtaliya A Seriyası (4,71 milyard avro) tamamlayır.

Almaniya Bundesliqası (4,31 milyard avro) dördüncü, Fransa liqası (3,68 milyard avro) beşinci pillədə qərarlaşıb.