“Dinamo” Mahir Emreliyə də çempionluq medalı verəcək

Futbol
  • 02 may, 2023
  • 19:11
“Dinamo” Mahir Emreliyə də çempionluq medalı verəcək

Xorvatiya I Liqasında 2022/2023 mövsümünün çempionu olan Zaqreb “Dinamo”su hazırda Türkiyə “Konyaspor”unda icarə əsasında çıxış edən Mahir Emreliyə də medal verəcək.

Bu barədə “Report”a 26 yaşlı hücumçunun anası Elnurə Emreli açıqlama verib.

O bildirib ki, yerli çempionatının reqlamentinə əsasən, 26 yaşlı hücumçu da mükafatlandırılacaq.

Qeyd edək ki, Mahir Emrelinin “Konyaspor”la icarə müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub.