DÇ-2026: Portuqaliya - Konqo oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB-4
- 17 iyun, 2026
- 23:00
Futbol üzrə dünya çempionatında Portuqaliya Konqo Demokratik Respublikası ilə qarşılaşıb.
"Report"un məlumatına görə, Hyuston stadionunda keçirilən K qrupunun I turunun matçında qalib müəyyənləşməyib - 1:1.
Avropalıların heyətində Joau Neveş 6-cı dəqiqədə adını tabloya yazdırıb. Konqoluların qolunu isə 45+5-ci dəqiqədə Yoan Vissa vurub.
Portuqaliya millisində Kriştianu Ronaldu oyunun əvvəlindən sonuna qədər meydanda olub və heç nə ilə yadda qalmayıb.
Qeyd edək ki, bu qrupun digər oyununda saat 06:00-da Özbəkistan Kolumbiya ilə qarşılaşacaq.
Futbol üzrə dünya çempionatının Portuqaliya - Konqo Demokratik Respublikası oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Hyuston stadionunda keçirilən K qrupunun I turunun matçında 1:1 hesablı heç-heçə davam edir.
Qarşılaşmanı qətərli FIFA referisi Abdulrahman Əl-Cassim idarə edir.
Futbol üzrə dünya çempionatının Portuqaliya - Konqo Demokratik Respublikası oyununda ilk hissə bitib.
"Report"un məlumatına görə, Hyuston stadionunda keçirilən K qrupunun I turunun matçında tərəflər fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.
Konqonun heyətində 45+5-ci dəqiqədə Yoan Vissa "status-kvo"nu bərpa edərək komandasını fasiləyə bərabərliklə göndərib.
Futbol üzrə dünya çempionatının Portuqaliya - Konqo Demokratik Respublikası oyununda hesab açılıb.
"Report"un məlumatına görə, Hyuston stadionunda keçirilən K qrupunun I turunun matçında avropalılar hesabda irəli çıxıblar - 1:0.
Joau Neveş 6-cı dəqiqədə adını tabloya yazdırıb.
Futbol üzrə dünya çempionatının Portuqaliya - Konqo Demokratik Respublikası oyunu başlayıb.
"Report"un məlumatına görə, K qrupunun I turunun matçı Hyuston stadionunda keçirilir.
Qarşılaşmanı qətərli FIFA referisi Abdulrahman Əl-Cassim idarə edir.