DÇ-2026: Özbəkistana qalib gələn Konqo tarixində ilk dəfə pley-offa yüksəlib - YENİLƏNİB-7
- 28 iyun, 2026
- 05:34
Futbol üzrə dünya çempionatında Konqo Demokratik Respublikası Özbəkistana qalib gəlib.
"Report"un məlumatına görə, Atlanta stadionunda baş tutan K qrupunun III turunun matçında Konqo 3:1 hesablı qələbəyə sevinib.
Qələbə qazanan komandanın qollarını Yoan Vissa (68-pen, 90+1) və İbrahim Mayele (78) vurublar. Asiya təmsilçisinin heyətində isə Eldor Şomurodov 10-cu dəqiqədə diqqət mərkəzinə düşüb.
Bu nəticənin ardından xallarının sayını 4-ə çatdıran Konqo ən yaxşı qrup üçüncüləri arasına düşüb və tarixində ilk dəfə pley-offa vəsiqə qazanıb. Xalsız Özbəkistan isə mundialla vidalaşıb.
Qeyd edək ki, Konqonun pley-offdakı rəqibi İngiltərə seçməsi olacaq.
Futbol üzrə dünya çempionatının Konqo Demokratik Respublikası - Özbəkistan oyununda dördüncü qol vurulub.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən K qrupunun III turunun matçında Konqo hesabdakı üstünlüyünü möhkəmləndirib - 3:1.
90+1-ci dəqiqədə Yoan Vissa dubl edib.
Futbol üzrə dünya çempionatının Konqo Demokratik Respublikası - Özbəkistan oyununda üçüncü qol vurulub.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən K qrupunun III turunun matçında Konqo hesabda irəli çıxıb - 2:1.
78-ci dəqiqədə İbrahim Mayele adını tabloya yazdırıb.
Futbol üzrə dünya çempionatının Konqo Demokratik Respublikası - Özbəkistan oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən K qrupunun III turunun matçında Konqo hesabı bərabərləşdirib - 1:1.
68-ci dəqiqədə Yoan Vissa penalti zərbəsini dəqiq yerinə yetirib.
Futbol üzrə dünya çempionatının Konqo Demokratik Respublikası - Özbəkistan oyununda ikinci hissə start götürüb.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən K qrupunun III turunun matçında asiyalılar hesabda irəlidədirlər - 1:0.
10-cu dəqiqədə Eldor Şomurodov topu qapıçının başı üzərindən tora göndərib.
Futbol üzrə dünya çempionatının Konqo Demokratik Respublikası - Özbəkistan oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən K qrupunun III turunun matçında asiyalılar hesabda irəlidədirlər - 1:0.
10-cu dəqiqədə Eldor Şomurodov topu qapıçının başı üzərindən tora göndərib.
Futbol üzrə dünya çempionatının Konqo Demokratik Respublikası - Özbəkistan oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən K qrupunun III turunun matçında asiyalılar hesabda irəli çıxıblar - 1:0.
10-cu dəqiqədə Eldor Şomurodov topu qapıçının başı üzərindən tora göndərib.
Futbol üzrə dünya çempionatının Konqo Demokratik Respublikası - Özbəkistan oyunu başlayıb.
"Report"un məlumatına görə, K qrupunun III turunun matçı Atlanta stadionunda keçirilir.
Qarşılaşmanı almaniyalı FIFA referisi Feliks Svayer idarə edir.