İngiltərə DÇ-2026-ya Xorvatiya üzərində böyükhesablı qələbə ilə başlayıb - YENİLƏNİB-8

Futbol
  • 18 iyun, 2026
  • 02:01
İngiltərə DÇ-2026-ya Xorvatiya üzərində böyükhesablı qələbə ilə başlayıb - YENİLƏNİB-8

Futbol üzrə dünya çempionatında İngiltərə Xorvatiyanı böyük hesabla məğlub edib.

"Report"un məlumatına görə, Dallas stadionunda keçirilən L qrupunun I turunun matçında ingilislər 4:2 hesablı qələbəyə seviniblər.

Yığmanın heyətində Harri Keyn (12, 43-p.) dubl müəllifi olub. Digər iki qolu Cud Bellinqem (47) və Markus Reşford (85) vurublar. Xorvatiya seçməsində isə Martin Baturina (36) və Peter Musa (45+5) adlarını tabloya yazdırıblar.

Qeyd edək ki, bu qrupun digər oyununda, saat 03:00-da Qana Panama ilə qarşılaşacaq.

Futbol üzrə dünya çempionatının İngiltərə - Xorvatiya oyununda altıncı qol vurulub.

"Report"un məlumatına görə, Dallas stadionunda keçirilən L qrupunun I turunun matçında ingilislər üstünlüklərini bir qədər də artırıblar - 4:2.

85-ci dəqiqədə Markus Reşford fərqlənib.

Futbol üzrə dünya çempionatının İngiltərə - Xorvatiya oyununda beşinci qol vurulub.

"Report"un məlumatına görə, Dallas stadionunda keçirilən L qrupunun I turunun matçında ingilislər yenidən hesabda irəli çıxıblar - 3:2.

47-ci dəqiqədə Cud Bellinqem fərqlənib.

Futbol üzrə dünya çempionatının İngiltərə - Xorvatiya oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Dallas stadionunda keçirilən L qrupunun I turunun matçında bərabərlik davam edir- 2:2.

Qarşılaşmanı fransalı FIFA referisi Kleman Türpen idarə edir.

Futbol üzrə dünya çempionatının İngiltərə - Xorvatiya oyununda ilk hissə bitib.

"Report"un məlumatına görə, Dallas stadionunda keçirilən L qrupunun I turunun matçında tərəflər fasiləyə bərabərliklə yollanıblar - 2:2.

Xorvatiyanın heyətində 45+5-ci dəqiqədə Peter Musa "status-kvo"nu bərpa edib.

Futbol üzrə dünya çempionatının İngiltərə - Xorvatiya oyununda üçüncü qol vurulub.

"Report"un məlumatına görə, Dallas stadionunda keçirilən L qrupunun I turunun matçında ingilislər yenidən hesabda irəli çıxıblar - 2:1.

42-ci dəqiqədə Harri Keyn dubl müəllifi olub.

Futbol üzrə dünya çempionatının İngiltərə - Xorvatiya oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, Dallas stadionunda keçirilən L qrupunun I turunun matçında xorvatlar hesaba tarazlıq gətiriblər- 1:1.

36-cı dəqiqədə Martin Baturina fərqlənib.

Futbol üzrə dünya çempionatının İngiltərə - Xorvatiya oyununda ilk qol vurulub.

"Report"un məlumatına görə, Dallas stadionunda keçirilən L qrupunun I turunun matçında ingilislər hesabda irəli çıxıblar - 1:0.

12-ci dəqiqədə Harri Keyn penalti zərbəsini dəqiq yerinə yetirib.

Futbol üzrə dünya çempionatının İngiltərə - Xorvatiya oyunu başlayıb.

"Report"un məlumatına görə, L qrupunun I turunun matçı Dallas stadionunda keçirilir.

Qarşılaşmanı fransalı FIFA referisi Kleman Türpen idarə edir.