DÇ-2026: İngiltərə Konqo üzərində əzmkar qələbə qazanaraq 1/8 finala adlayıb - YENİLƏNİB-6
- 01 iyul, 2026
- 22:00
Futbol üzrə dünya çempionatında İngiltərə Konqo Demokratik Respublikası(DR) millisinə qalib gəlib.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən 1/16 final mərhələsinin matçında avropalılar 2:1 hesablı qələbəyə seviniblər.
Görüşdə hesabı Konqo DR açıb. 7-ci dəqiqədə Brian Sipenqa dəqiq zərbə müəllifi olub. Lakin ikinci hissədə güc toplayan ingilislər 75 və 86-cı dəqiqələrdə Harri Heynin vurduğu qollar sayəsində qalib gəliblər.
İngiltərə seçməsi 1/8 finalda Meksika ilə qarşılaşacaq.
Futbol üzrə dünya çempionatının İngiltərə - Konqo Demokratik Respublikası (DR) oyununda üçüncü qol vurulub.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən 1/16 final mərhələsinin matçında avropalılar hesabda irəli çıxıblar - 2:1.
86-cı dəqiqədə Harri Keyn dubl edib.
Futbol üzrə dünya çempionatının İngiltərə - Konqo Demokratik Respublikası (DR) oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən 1/16 final mərhələsinin matçında avropalılar hesabı bərabərləşdiriblər - 1:1.
75-ci dəqiqədə Harri Keyn başla dəqiq oynayıb.
Futbol üzrə dünya çempionatının İngiltərə - Konqo Demokratik Respublikası (DR) oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Konqo DR hesabda irəlidədir - 1:0.
7-ci dəqiqədə Brian Sipenqa fərqlənib.
Futbol üzrə dünya çempionatının İngiltərə - Konqo Demokratik Respublikası (DR) oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Konqo hesabda irəlidədir - 1:0.
7-ci dəqiqədə Brian Sipenqa fərqlənib.
Futbol üzrə dünya çempionatının İngiltərə - Konqo Demokratik Respublikası (DR) oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Konqo DR hesabda irəli çıxıb - 1:0.
7-ci dəqiqədə Brian Sipenqa fərqlənib.
Futbol üzrə dünya çempionatının İngiltərə - Konqo Demokratik Respublikası (DR) oyunu başlayıb.
"Report"un məlumatına görə, 1/16 final mərhələsinin matçı Atlanta stadionunda keçirilir.
Qarşılaşmanı iordaniyalı FIFA referisi Adham Mahadmeh idarə edir.