DÇ-2026: Fransa İsveçi məğlub edərək 1/8 finala yüksələn növbəti komanda olub - YENİLƏNİB-6

Futbol
  • 01 iyul, 2026
  • 02:54
DÇ-2026: Fransa İsveçi məğlub edərək 1/8 finala yüksələn növbəti komanda olub - YENİLƏNİB-6

Futbol üzrə dünya çempionatında Fransa İsveçi məğlub edib.

"Report"un məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən 1/16 final mərhələsinin matçında fransızlar 3:0 hesablı qələbəyə seviniblər.

Baş məşqçi Didye Deşamın rəhbərlik etdiyi kollektivdə 45 və 74-cü dəqiqələrdə Kilian Mbappe dubl edib. Digər qolu isə 53-cü dəqiqədə Bradli Barkola vurub.

Qeyd edək ki, bu qələbədən sonra 1/8 finala yüksələn Fransa seçməsinin rəqibi Paraqvay komandası olacaq.

Futbol üzrə dünya çempionatının Fransa - İsveç oyununda üçüncü qol vurulub.

"Report"un məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən 1/16 final mərhələsinin matçında fransızlar hesabdakı üstünlüklərini bir qədər də artırıblar - 3:0.

74-cü dəqiqədə Kilian Mbappe dubl edib.

Futbol üzrə dünya çempionatının Fransa - İsveç oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən 1/16 final mərhələsinin matçında fransızlar hesabdakı üstünlüklərini artırıblar - 2:0.

53-cü dəqiqədə Bradli Barkola fərqlənib.

Futbol üzrə dünya çempionatının Fransa - İsveç oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən 1/16 final mərhələsinin matçında fransızlar hesabda irəlidədirlər - 1:0.

45-ci dəqiqədə Kilian Mbappe fərqlənib.

Futbol üzrə dünya çempionatının Fransa - İsveç oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən 1/16 final mərhələsinin matçında fransızlar hesabda irəlidədirlər - 1:0.

45-ci dəqiqədə Kilian Mbappe fərqlənib.

Futbol üzrə dünya çempionatının Fransa - İsveç oyununda ilk qol vurulub.

"Report"un məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən 1/16 final mərhələsinin matçında fransızlar hesabda irəli çıxıblar - 1:0.

45-ci dəqiqədə Kilian Mbappe fərqlənib.

Futbol üzrə dünya çempionatının Fransa - İsveç oyunu başlayıb.

"Report"un məlumatına görə, 1/16 final mərhələsinin matçı Nyu-York/Nyu-Cersi stadionunda keçirilir.

Qarşılaşmanı niderlandlı FIFA referisi Danni Makkeli idarə edir.