DÇ-2026: Ekvador Kurasao millisinə qalib gələ bilməyib - YENİLƏNİB-3

Futbol
  • 21 iyun, 2026
  • 05:55
DÇ-2026: Ekvador Kurasao millisinə qalib gələ bilməyib  - YENİLƏNİB-3

Futbol üzrə dünya çempionatında Ekvador Kurasao millisi ilə qarşılaşıb.

"Report"un məlumatına görə, Kanzas Siti stadionunda keçirilən E qrupunun II turunun matçında hesab açılmayıb - 0:0.

Qeyd edək ki, qrupun digər oyununda Almaniya seçməsi Fildişi Sahili komandasına 2:1 hesabı ilə qalib gəlib.

Futbol üzrə dünya çempionatının Ekvador - Kurasao oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Kanzas Siti stadionunda keçirilən E qrupunun II turunun matçında bərabərlik davam edir - 0:0.

Qarşılaşmanı çinli FIFA referisi Ma Ninq idarə edir.

Futbol üzrə dünya çempionatının Ekvador - Kurasao oyununda ilk hissə bitib.

"Report"un məlumatına görə, Kanzas Siti stadionunda keçirilən E qrupunun II turunun matçında tərəflər fasiləyə bərabərliklə yollanıblar - 0:0.

Qarşılaşmanı çinli FIFA referisi Ma Ninq idarə edir.

Futbol üzrə dünya çempionatının Ekvador - Kurasao oyunu başlayıb.

"Report"un məlumatına görə, E qrupunun II turunun matçı Kanzas Siti stadionunda keçirilir.

Qarşılaşmanı çinli FIFA referisi Ma Ninq idarə edir.