DÇ-2026: Belçika - Misir oyununda qalib müəyyənləşməyib- YENİLƏNİB-5
- 16 iyun, 2026
- 00:58
Futbol üzrə dünya çempionatında Belçika Misirlə qarşılaşıb.
"Report"un məlumatına görə, Sietl stadionunda keçirilən G qrupunun matçında qalib müəyyənləşməyib - 1:1.
Afrikalıların heyətində Emam Aşur (19), Avropa təmsilçisində isə Romelu Lukaku (66) diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, bu qrupun digər oyununda, saat 05:00-da İran Yeni Zelandiya ilə qarşılaşacaq.
Futbol üzrə dünya çempionatının Belçika - Misir oyununda ikinci hqol vurulub.
"Report"un məlumatına görə, Sietl stadionunda keçirilən G qrupunun matçında avropalılar hesabı bərabərləşdiriblər - 1:1.
66-cı dəqiqədə Romelu Lukaku diqqət mərkəzinə düşüb.
Futbol üzrə dünya çempionatının Belçika - Misir oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Sietl stadionunda keçirilən G qrupunun matçında afrikalıların hesabdakı üstünlüyü davam edir - 1:0.
19-cu dəqiqədə Emam Aşur fərqlənib.
Futbol üzrə dünya çempionatının Belçika - Misir oyununda ilk hissə yekunlaşıb.
"Report"un məlumatına görə, Sietl stadionunda keçirilən G qrupunun matçında afrikalılar fasiləyə üstün yollanıblar - 1:0.
19-cu dəqiqədə Emam Aşur fərqlənib.
Futbol üzrə dünya çempionatının Belçika - Misir oyununda hesab açılıb.
"Report"un məlumatına görə, Sietl stadionunda keçirilən G qrupunun matçında afrikalılar hesabda irəli çıxıblar.
19-cu dəqiqədə Emam Aşur fərqlənib.
Futbol üzrə dünya çempionatının Belçika - Misir oyunu başlayıb.
"Report"un məlumatına görə, G qrupunun matçı Sietl stadionunda keçirilir.
Qarşılaşmanın baş hakimi braziiyalı FIFA referisi Ramon Abattidir.