DÇ-2024: Azərbaycan - Qazaxıstan oyununa təyinatlar açıqlanıb

Futbol
  • 23 sentyabr, 2023
  • 11:03
DÇ-2024: Azərbaycan - Qazaxıstan oyununa təyinatlar açıqlanıb

Futzal üzrə DÇ-2024-ün elit mərhələsində keçiriləcək Azərbaycan – Qazaxıstan oyununa təyinatlar açıqlanıb.

“Report” xəbər verir ki, qarşılaşmanı Finlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Hakimlər: Kirill Naişouler, Arttu Kiynaeraeynen, Paavo Komppa (hamısı Finlandiya).
Hakim-inspektor: Tarik Keço (Bosniya və Herseqovina).
UEFA nümayəndəsi: Şon Dipple (İngiltərə).

Qeyd edək ki, oktyabrın 6-da Bakı İdman Sarayında keçiriləcək görüş saat 20:00-da başlayacaq.

44 - Tezliklə