DÇ-2022: Yeni Zelandiya qitələrarası pley-off mərhələsinə vəsiqə qazanıb
- 30 mart, 2022
- 21:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Yeni Zelandiya millisi Okeaniya zonasında 2022-ci il dünya çempionatının seçmə mərhələsinin son oyununda Solomon adaları millisi ilə qarşılaşıb.
“Report” xəbər verir ki, görüş Dohada (Qətər) “Qrand Hamad” stadionunda keçirilib və Yeni Zelandiyanın darmadağın hesablı qələbəsi ilə yekunlaşıb - 5:0.
Hesabı 23-cü dəqiqədə yarımmüdafiəçi Bill Tuiloma açıb. 39-cu dəqiqədə hücumçu Kris Vud fərqlənib. 49-cu dəqiqədə isə yarımmüdafiəçi Co Bell rəqib komandanın qapısına dəqiq zərbə endirib. Bundan sonra B.Tuiloma dubl edib. Qarşılaşmada son nöqtəni ikinci hissənin əsas vaxtında əlavə olunmuş dəqiqələrdə Metyu Qarbet qoyub.
Qələbə Yeni Zelandiya millisinə qitələrarası pley-off mərhələsinə vəsiqə qazanmağa imkan verib. Komanda CONCACAF zonasında 4-cü yeri tutacaq milli yığma ilə qarşılaşacaq.