Daniel Karvahal "Xetafe"yə keçməyə yaxındır
Futbol
- 06 oktyabr, 2026
- 15:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Real" klubunun sabiq müdafiəçisi və kapitanı Daniel Karvahal La Liqanın digər təmsilçisi "Xetafe"yə keçməyə yaxındır.
"Report" "AS" nəşrinə istinadən xəbər verir ki, klubun futbolçu ilə sözləşmə imzalamaq perspektivi müsbət qiymətləndirilir.
34 yaşlı oyunçunun özü də bu transferdə maraqlıdır.
Qeyd edək ki, 2013-cü ildən "Real"ın formasını geyinən D.Karvahal bu yay klubla vidalaşıb. O, Madrid təmsilçisinin heyətində bütün turnirlərdə 435 matça çıxıb, 14 qol vurub və 65 məhsuldar ötürmə edib. İspaniyalı müdafiəçi komanda ilə birgə 6 dəfə Çempionlar Liqasının, 5 dəfə İspaniya çempionatının, 2 dəfə ölkə kubokunun və 5 dəfə İspaniya Superkubokunun qalibi olub.
Son xəbərlər
01:19
Tramp: Ukraynadakı müharibə sona yaxınlaşır
Digər ölkələr01:05
Türkiyədə beynəlxalq dələduzluqla bağlı 95 nəfər saxlanılıb
Region00:57
ABŞ-nin Yaxın Şərqdəki hərbi mövcudluğu əvvəlki miqyasına qayıtmaya bilər
Digər ölkələr00:39
UEFA Millətlər Liqası: IV turun növbəti oyunları keçirilib
Futbol00:16
Liberiya bayrağı altında üzən tanker Qara dənizdə hücuma məruz qalıb
Region23:50
Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib
Xarici siyasət23:43
Kanadanın Baş naziri Türkiyəyə səfər edəcək
Digər ölkələr23:32
Pentaqon Ukrayna üçün "Patriot" avadanlıqları almağı planlaşdırır
Digər ölkələr23:29