Daha bir məşhur futbolçu "Milan"a qayıdır
Futbol
- 07 avqust, 2018
- 08:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 avqust. REPORT.AZ/ İtaliya təmsilçisi "Milan"ın sabiq futbolçusu Kaka kluba geri dönür.
"Report" "A Bola"ya istinadən xəbər verir ki, milanlıların braziliyalı baş direktoru Leonardo 36 yaşlı həmyerlisini kluba dəvət edib. Onun sözlərinə görə, Kaka sentyabr ayında "Milan"a qoşulacaq. Onun klubda hansı vəzifəni tutacağı hələlik bəlli deyil.
Qeyd edək ki, Kaka 2003-2009 və 2013-2014-cu illərdə "Milan"da çıxış edib. O, İtaliya təmsilçisinin heyətində Çempionlar Liqasının və UEFA Super Kubokunun qalibi olub. Daha öncə "Milan"ın sabiq futbolçusu Paolo Maldini klubda texniki direktor vəzifəsinə təyin olunub.
Son xəbərlər
08:23
Britaniyada aviabaza yaxınlığında saxlanılan 5 nəfər girov qarşılığında sərbəst buraxılıb
Digər ölkələr08:14
Bakıda 17 istiqamətdə tıxac yaranıb
İnfrastruktur08:05
KİV: İran ABŞ seçkilərinədək atəşkəs əldə olunacağına şübhə edir
Region07:48
Rubio: Britaniyadakı insidentdə xarici müdaxilə izi aşkarlanıb
Digər ölkələr07:16
İran "Nüvə silahının yayılmaması haqqında" müqavilədən çıxmağa hazırlaşır
Region06:50
Şimali Koreya: ABŞ-nin fəaliyyəti nüvə silahlarının yayılmaması sistemini zəiflədir
Digər ölkələr06:18
İstanbulda İran təyyarəsinə həbs qoyulub
Region05:41
Xamenei: İran xalqı Hörmüz boğazını qorumaq əzmindədir
Region05:16