Rüfət Dadaşovun çıxış etdiyi komanda baş məşqçisi ilə müqaviləni uzadıb
Futbol
- 25 yanvar, 2020
- 05:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ təmsilçisi "Feniks Rizinq" baş məşqçisi Rik Şansla müqavilənin müddətini uzadıb.
"Report" Arizona təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, onun yeni sözləşməsi 2022-ci ilin sonuna kimi nəzərdə tutulub.
Qeyd edək ki, Rik Şans 2018-ci ildən "Feniks Rizinq"ə rəhbərlik edir. Rüfət Dadaşov komandaya bu ay Almaniyanın "Pröyssen Munster" klubundan keçib. Klublar transfer şərtlərini açıqlamamağa dair razılığa gəliblər. 2013-cü ildən Azərbaycan yığmasının şərəfini qoruyan 29 yaşlı forvard məhz baş məşqçi ilə danışdıqdan sonra bu ABŞ təmsilçisini seçdiyini vurğulayıb.
Son xəbərlər
11:19
Azərbaycanda gələn il orta pensiyanın 640 manat olacağı gözlənilir
Maliyyə
11:18
Məcnun Məmmədov: "Akvakultura sahəsində məhsul ixracının 2030-cu ilə qədər artırılması planlaşdırılır"
ASK
11:16
ABİF sahibkarlar üçün yeni "Yaşıl kredit" məhsulunu təqdim edib
Biznes
11:15
Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilir
Elm və təhsil
11:11
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
İnfrastruktur
11:11
Nazir: "Əkin sahələrinin 10-12 %-i hər il monitorinqə cəlb edilir"
ASK
11:08
Pakistanın federal naziri "ASAN xidmət"lə əməkdaşlığa görə medalla təltif edilib
Xarici siyasət
11:05
DÇ-2028: Azərbaycanın futzal millisi bu gün növbəti matçına çıxacaq
Futbol
11:01
Foto
"Qərbi Abşeron" yatağında stasionar dəniz özülü istismara verilib
Energetika