Çinin məşhur futbol klubu peşəkar statusunu itirib
Futbol
- 07 yanvar, 2025
- 08:15
Çinin məşhur futbol klubu, 7 qat ölkə çempionu "Quançjou" peşəkar statusunu itirib.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Quançjou" borcları səbəbindən peşəkar səviyyəli turnirlərdə iştirakdan imtina etmək qərarına gəlib. Quançjou şəhərinin təmsilçisi fəaliyyətini davam etdirmək üçün kifayət qədər vəsait toplaya bilməyib.
Qeyd edək ki, komanda 1954-cü ildə təsis edilib. 2011-2017-ci illər aralığında ardıcıl 7 dəfə çempionluq yaşayıb. 2018-ci ildə isə çempionatın gümüş medalçısı olub. "Quançjou" iki dəfə Çin Kubokunu və Superkubokunu, həmçinin Asiya Çempionlar Liqasını qazanıb.
Son xəbərlər
10:23
Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib, 4 nəfər ölüb, 16 nəfər yaralanıb
Digər ölkələr10:23
DSMF: Sabah pensiyalar tam ödəniləcək
Maliyyə10:22
Azərbaycanda beynəlxalq yük daşımaları 34 % artıb
İnfrastruktur10:15
Foto
Qəhvəyi mərmər bağacığına qarşı bir sıra rayonlarda monitorinqlər aparılıb
Sağlamlıq10:14
SEPAH Bəhreyndə "Amazon"un infrastrukturuna zərbə endirdiyini açıqlayıb
Digər ölkələr10:07
İsrail ABŞ-yə İranın minlərlə nüvə sentrifuqasının yerini dəyişdirdiyini bildirib
Digər ölkələr10:00
Yanvar-may aylarında Azərbaycanda 1 184 əkiz, 48 üçəm doğulub
Daxili siyasət10:00
İlin ilk beş ayında Azərbaycanda nikah və boşanmaların sayı azalıb
Daxili siyasət09:59