Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub

Futbol
  • 08 avqust, 2018
  • 23:36
Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub

Bakı. 9 avqust. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk görüşlərinə yekun vurulub.

"Report" xəbər verir ki, ilk günlə müqayisədə, ikinci oyun günündə meydan sahibləri uduzmayıblar.

PAOK Yunanıstanda 0:2 hesabı ilə geridə olduğu halda, Rusiya "Spartak"ını yenməyi bacarıb.

Ötən mövsüm Avropa Liqasında yarımfinaladək irəliləmiş "Zaltsburq" Avstriyada Makedoniya "Şkendiya"sını darmadağın edib.

Şotlandiyada "Seltik"lə Yunanıstan AEK-i arasındakı oyunda isə komandalar hərəyə 1 qolla kifayətləniblər.

Çempionlar Liqası, III təsnifat mərhələsi, ilk oyunlar

8 avqust

21:00 "PAOK" (Yunanıstan) - "Spartak" (Moskva, Rusiya) - 3:2

Qollar: Aleksandr Priyoviç, 29 (penalti ilə). Dimitris Limnios, 37. Dimitris Pelkas, 44 - İvelin Popov, 7. Kvinsi Promes, 17

21:00 "Zalstburq” (Avstriya) – "Şkendiya” (Makedoniya) - 3:0

Qollar: Munas Dabbur, 16; 45+3 (penalti ilə). Diadie Samasseku, 81 (penalti ilə)

Qırmızı vərəqə: Zlatko Yunuzoviç, 83 ("Zaltsburq")

22:45 "Seltik” (Şotlandiya) – AEK (Yunanıstan) - 1:1

Qollar: Kallum Makqreqor, 17 - Viktor Klonaridis, 44

Qırmızı vərəqə: Kostas Qalanopulos, 57 (AEK)

7 avqust

18:00. "Astana” (Qazaxıstan) – "Dinamo” (Zaqreb, Xorvatiya) - 0:2

Qollar: Mario Budimir, 39. Dani Olmo, 84

21:00. "Qarabağ" (Azərbaycan) - BATE (Belarus) - 0:1

Qol: Stanislav Draqun, 36

21:15. "Malmö" (İsveç) - "Videoton" (Macarıstan) - 1:1

Qollar: Anders Kristiansen, 62 - Loik Neqo, 71

21:30. "Slaviya" (Praqa, Çexiya) - "Dinamo" (Kiyev, Ukrayna) - 1:1

Qollar: Yozef Quşbauer, 90+5 (penalti ilə) - Benjamin Verbiç, 82

22:00. "Standard" (Belçika) - "Ayaks" (Hollandiya) - 2:2

Qollar: Medhi Karsela, 67. Reno Emon, 90+4 - Klaas-Yan Huntelaar, 19. Duşan Tadiç, 34

22:00. "Srvena Zvezda" (Serbiya) - "Spartak" (Trnava, Slovakiya) - 1:1

Qollar: Əl-Fərdi ben Nabuhane, 23 (penalti ilə) - Erik Qrendel, 25

23:00. "Benfika" (Portuqaliya) - "Fənərbağça" (Türkiyə) - 1:0

Qol: Franko Servi, 69

Qeyd edək ki, cavab görüşləri isə avqustun 14-də olacaq.

44 filmi