Çempionlar Liqası: "Qarabağ"ın oyununa 27 250 bilet satılıb

Futbol
  • 31 oktyabr, 2025
  • 14:30
Çempionlar Liqası: Qarabağın oyununa 27 250 bilet satılıb

Bakıda "Qarabağ" və İngiltərənin "Çelsi" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununa indiyədək 27 250 bilet satılıb.

Bu barədə "Report"a Ağdam klubundan məlumat verilib.

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti