Çempionlar Liqası: Həftənin futbolçusu adına namizədlər açıqlandı
Futbol
- 06 may, 2021
- 05:00

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
"Report"un məlumatına görə, bu ada İngiltərənin "Çelsi" klubundan N Qolo Kante ilə Kay Haverts, "Mançester Siti"dən isə Ruben Diasla Riyad Mahrez iddia edir.
Kante evdə İspaniyanın "Real Madrid" komandasını 2:0 hesabı ilə məğlub etdikləri oyunda 88 faiz dəqiq ötürmə ilə oynayıb. Haverts həmin matçda məhsuldar ötürmə ilə yadda qalıb.
Mahrez Fransa PSJ-sini eyni hesabla yendikləri görüşdə hər iki qolun müəllifi olub. Dias isə 92 faiz dəqiq ötürmə verib və iki dəfə rəqib oyunçu ilə mübarizədən qalib ayrılıb.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.
Son xəbərlər
20:37
FTB Çarli Kirkin qətlində şübhəli bilinən şəxsin fotosunu yayımlayıb - YENİLƏNİB
Digər20:28
Foto
Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı sənədlər məhkəmədə elan olunub
Hadisə20:23
İsveç XİN Polşada PUA insidentindən sonra Rusiya səfirini çağırıb
Digər ölkələr20:15
"Sabah" "Qarabağ"ın futbolçunu transfer edib
Futbol20:04
Polşada PUA insidenti ilə bağlı BMT TŞ-nin iclası sentyabrın 12-də keçiriləcək
Digər ölkələr19:55
Almaniya Polşa üzərində hava patrullarını genişləndirəcək
Digər ölkələr19:45
ABŞ Dövlət Departamentinin nümayəndəsi Ermənistana yola düşüb
Region19:43
Ağdamda 16 yaşlı qıza qarşı cinsi zorakılıqda şübhəli bilinən 4 nəfər həbs olunub
Hadisə19:40