Çempionlar Liqası: Benzema və Holann həftənin futbolçusu adına namizəd olub

Futbol
  • 16 mart, 2023
  • 05:01
Çempionlar Liqası: Benzema və Holann həftənin futbolçusu adına namizəd olub

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin son cavab oyunlarının ardından həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

"Report" xəbər verir ki, bu ada İngiltərənin "Mançester Siti" klubundan Erlinq Holann, İtaliya "İnter"indən Hakan Çalhanoğlu, İspaniyanın "Real Madrid" komandasından Kərim Benzema və İtaliya "Napoli"sindən Viktor Osimhen iddia edir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.

44 filmi