"Çelsi"nin futbolçusu Pedru Netu qışda klubunu dəyişə bilər

Futbol
  • 07 sentyabr, 2026
  • 11:16
Çelsinin futbolçusu Pedru Netu qışda klubunu dəyişə bilər

"Çelsi" klubunun futbolçusu Pedru Netu İngiltərədə klubunu dəyişə bilər.

"Report" "CaughtOffside" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" və "Mançester Siti" hücumçu ilə maraqlanır.

26 yaşlı portuqaliyalı forvard Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasının da gündəmindədir.

Onu izləyən klubların qış transfer dönəmində "Çelsi" rəhbərliyi ilə rəsmi əlaqəni bərpa etməsi gözlənilir. "Zadəganlar" Netunu 70-80 milyon avroya satmağa hazırdır.

Xatırladaq ki, oyunçu 2024-cü ildən London təmsilçisində çıxış edir. O, 2025/2026 mövsümündə 52 matçda 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.