"Çelsi"nin baş məşqçisi: "Qarabağ"la oyun çətin keçəcək"

Futbol
  • 04 noyabr, 2025
  • 16:19
Çelsinin baş məşqçisi: Qarabağla oyun çətin keçəcək

"Çelsi" üçün "Qarabağ"la oyun çətin olacaq.

"Report"un məlumatına görə, bunu İngiltərənin"Çelsi" klubunun baş məşqçisi Entso Mareska mətbuat konfransında deyib.

Mütəxəssis "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunundan əvvəl fikirlərini bölüşüb:

"Qarabağ"la oyun bizim üçün vacibdir. Çünki ardıcıl üçüncü qələbəmizi qazana bilərik. Şübhəsiz ki, heyətdə bəzi rotasiyalar etməliyik. Cümə günü Londona qayıdırıq və sonra şənbə günü oyunumuz var. Uyğunlaşmağa və əlimizdən gələni etməyə çalışacağıq. "Qarabağ" yaxşı komandadır. Onlar "Benfika" və "Kopenhagen"ə qalib gəliblər. "Atletik"lə matçda hesabda irəli idilər, lakin sonradan məğlub oldular. "Qarabağ" uzun illərdir ki, eyni baş məşqçi ilə çalışır. Komanda olaraq evdə çox sıx oynayırlar. Şübhəsiz ki, çətin oyun olacaq".

O, əsas futbolçularından olan Koul Palmerin zədəsindən danışıb:

"Palmer bizim üçün hər zaman lazımdır. Təəssüf ki, sabah "Qarabağ"a qarşı matçda onu görə bilməyəcəyik. Tez bir zamanda zədəsini sağaldacağı və aramıza dönəcəyini gözləyirik".

E.Mareska Q.Qurbanovun 17 il ərzində Ağdam klubunu çalışdırmasının inanılmaz olduğunu söyləyib:

"Bu, inanılmazdır. Sözün düzü, hər vaxt rastlaşmadığım bir şeydir. 17 il ardıcıl eyni klubu çalışdırmaq heyrətamiz bir şeydir".

Baş məşqçi oyun üçün Bakıya gec yollanmalarının səbəbini belə izah edib:

"Tottenhem"lə Premyer Liqa matçından sonra bərpa üçün Londonda qalmalı idik. Vəziyyəti taraz saxlayır. Yorğunluğu çıxarmağa çalışırıq. Oyuna rahat çıxmaq istəyirik".

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti