"Çelsi" "Mançester Yunayted"i, "Mançester Siti" isə "Arsenal"ı məğlub edib - VİDEO

Futbol
  • 05 noyabr, 2017
  • 18:52
Çelsi Mançester Yunaytedi, Mançester Siti isə Arsenalı məğlub edib - VİDEO

Bakı. 5 noyabr. REPORT.AZ/ İngiltərə Premyer Liqasında XI tura yekun vurulub.

“Report” xəbər verir ki, turun mərkəzi görüşündə "Çelsi" Londonda "Mançester Yunayted"i qəbul edib.

Londondakı "Stemford Bric" stadionunda təşkil olunmuş qarşılaşmanın taleyini bir qol həll edib. Yeganə qolu 55-ci dəqiqədə Alvaro Morata vurub.

Bununla da xallarını 22-yə çatdıran "Çelsi" 4-cü pilləyə yüksəlib və 5-ci pillədəki "Liverpul"dan 3 xal aralanıb. 23 xalı olan "Mançester Yunayted" isə lider "Mançester Siti"nin 8 xal gerisinə düşüb.

Qeyd edək ki, "Çelsi" Çempionlar Liqasında "Qarabağ"la eyni qrupda yer alıb. İki komanda arasında Londondakı görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb. Bakıdakı qarşılaşma isə noyabrın 22-də olacaq.

Günün digər qarşılaşmasında "Mançester Siti" "Arsenal" üzərində qələbə qazanıb.

İngiltərə Premyer Liqası. 11-ci tur

"Çelsi" - "Mançester Yunayted" - 1:0

Qol: 1:0 – Morata – 55

"Mançester Siti" – "Arsenal" - 3:1

Qol: 1:0 – De Bröyne – 19, 2:0 – Aqugro – 50 (pen), 2:1 – Lyəkazett – 65, 3:1 – Jezus – 74

"Everton" – "Uotford" - 3:2

Qolı: 0:1 – Rişarlison – 46, 0:2 – Kabazel – 64, 1:2 – Niass – 67, 2:2 – Kalvert-Löin – 74, 3:2 – Beyns – 90+1 (pen)

"Tottenhem Hotspur" – "Kristal Pelas" – 1:0

Qol: Son, 64

44 - Tezliklə