"Çelsi" "Çarlton"u darmadağın edərək İngiltərə Kubokunun dördüncü raunduna vəsiqə qazanıb

Futbol
  • 11 yanvar, 2026
  • 04:12
Çelsi Çarltonu darmadağın edərək İngiltərə Kubokunun dördüncü raunduna vəsiqə qazanıb

İngiltərə Kubokunun 2025/2026 mövsümünün "Çarlton" və "Çelsi" komandaları arasında keçirilən üçüncü raund matçı başa çatıb.

"Report"un məlumatına görə, İngiltərə Premyer Premyer Liqa klubu 5:1 hesablı qələbə qazanıb.

Hesabı 45+4-cü dəqiqədə müdafiəçi Yorrel Hato açıb. 50-ci dəqiqədə müdafiəçi Tosin Adarabioyo "mavilər"in hesabdakı üstünlüyünü ikiqat artırıb.

Matçın 57-ci dəqiqəsində "Çarlton"un yarımmüdafiəçisi Maylz Libern hesab arasındakı fərqi azaldıb. 62-ci dəqiqədə hücumçu Mark Quiu "Çelsi"nin üçüncü qolunu vurub. 90-cı dəqiqədə cinah oyunçusu Pedro Neto fərqi daha da artırıb. Qarşılaşmanın 90+4-cü dəqiqəsində yarımmüdafiəçi Enzo Fernandes penalti ilə yekun hesabı müəyyənləşdirib: - 5:1.

Beləliklə, Liam Rosenyorun komandası İngiltərə Kubokunun növbəti raunduna vəsiqə qazanıb. "Çarlton" yarışda çıxışına son qoyub. Komanda hazırda Çempionşipdə 19-cu yerdədir.