"CBC Sport Kuboku"nun püşkatması təxirə düşüb
Futbol
- 11 yanvar, 2016
- 13:54
Bakı. 11 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasındakı qış fasiləsində təlim-məşq toplanışını ölkə daxilində keçirən klubların bir araya gələcəyi "CBC Sport Kuboku" turnirinin püşkatması təxirə düşüb. "Report"un məlumatına görə, klub rəsmiləri bu gün bir araya gəlsə də, mərasim baş tutmayıb.
Tərəflərin razılığına əsasən, püşkatma mərasimi sabah günorta saatlarında keçiriləcək. Ancaq turnirin yanvarın 14-də start götürəcəyi dəqiqləşib.
Qeyd edək ki, "CBC Sport Kuboku" turnirində Premyer Liqa klublarından "Neftçi", "Xəzər Lənkəran", AZAL, "Rəvan", I diviziondan isə "Şərurspor", "Qaradağ Lökbatan, "Neftçala" və MOİK iştirak edəcək. Turnirin final görüşü Bakı Olimpiya Stadionunda olacaq.
Son xəbərlər
05:45
Cənubi Koreya Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verməyə hazırdır
Digər ölkələr05:17
Nadir irsi mutasiya ağciyər xərçəngi riskini 62 dəfə artıra bilər
Sağlamlıq04:48
ABŞ müttəfiqlərini raket tədarükündə gecikmələr barədə xəbərdar edib
Digər ölkələr04:25
Rubio Danimarka ilə Qrenlandiya üzrə razılaşmanın detallarını açıqlayıb
Digər ölkələr03:52
"WSJ": "Google"un neyroşəbəkəsi sınaq zamanı üç şirkətin sisteminə daxil olub
İKT03:12
Kuba yenidən işıqsız qalıb
Digər ölkələr02:47
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
Digər ölkələr02:11
ABŞ Prezidenti Rusiyaya qarşı sanksiyalar haqqında qanunu imzalayıb - YENİLƏNİB
Digər ölkələr01:41