ABŞ müttəfiqlərini raket tədarükündə gecikmələr barədə xəbərdar edib
- 19 sentyabr, 2026
- 04:48
ABŞ-nin müttəfiqləri Vaşinqtonun İranla müharibə zamanı öz silah ehtiyatlarını tükətməsi səbəbindən raket və hava hücumundan müdafiə vasitələrinin tədarükündə gecikmələrlə üzləşə bilər.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, gecikmələr beş ilədək davam edə və bir neçə Avropa ölkəsinə təsir göstərə bilər.
Nəşrin məlumatına əsasən, ABŞ-dan silah tədarükündən asılı olan bəzi Şərqi Avropa ölkələri fevralın 28-də İranla müharibə başlayandan sonra artıq gecikmələrlə üzləşiblər.
Agentlik bildirib ki, Pentaqonun ilk növbədə öz silah ehtiyatlarını bərpa etmək qərarı Ukraynanın ABŞ-dan "Patriot" hava hücumundan müdafiə sistemləri üçün daha çox raket-ələkeçirici əldə etmək cəhdlərini də çətinləşdirir.