Canluici Buffon klubu ilə müqaviləni uzadıb

Futbol
  • 28 fevral, 2022
  • 10:10
Canluici Buffon klubu ilə müqaviləni uzadıb

İtaliyanın "Parma" klubu qapıçısı Canluici Buffonla müqavilənin müddətini uzadıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı qolkiperin yeni sözləşməsi 2024-cü ilədək nəzərdə tutulub.

Qeyd edək ki, Canluici Buffon "Parma" ilə ötən yay müqavilə bağlayıb. İtaliya yığmasının sabiq üzvü ölkəsində "Yuventus" və Fransada PSJ-nin formasını geyinib.