Bu gün "Qızıl top"un sahibi açıqlanacaq
Futbol
- 12 dekabr, 2016
- 10:29
Bakı. 12 dekabr. REPORT.AZ/ Bu gün "Qızıl top" mükafatının sahibi müəyyənləşəcək.
"Report"un məlumatına görə, mükafat bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq tədbirdə sahibinə çatacaq.
Fransanın "France Football" nəşrinin keçirdiyi sorğuda qalib adına ən real namizəd Portuqaliya yığmasının və İspaniya "Real Madrid"inin futbolçusu Kriştianu Ronaldudur. Lakin 31 yaşlı hücumçunun tədbirə qatılmayacağı gözlənilir. Səbəb Madrid klubunun klublararası dünya çempionatında çıxış etməsidir.
Əvvəlki illərdə "Qızıl top" və FİFA-nın təsis etdiyi ilin futbolçusu nominasiyası birləşdirilsə də, bu il hər mükafat ayrılıqda öz sahibini tapacaq.
Qeyd edək ki, "Qızıl top"un sahibi 173 jurnalistin səsverməsi nəticəsində müəyyənləşir.
Son xəbərlər
20:21
Ukrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib
Digər ölkələr20:20
Foto
Azərbaycan boksçuları Qazaxıstanda 3 medal qazanıblar
Fərdi20:15
Foto
Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvanda vətəndaş qəbulu keçirib
Daxili siyasət20:07
Foto
Ukraynada Ermənistanın azərbaycanlı əhalisinin tarixi haqqında kitab çap olunub
Digər ölkələr20:04
ABŞ-də dörd şirkət süni intellektin inkişafını ləngitməkdə ittiham edilib
İKT20:03
20 Sentyabr yalnız hərbi uğurun deyil, həm də milli birliyin təcəssümüdür - RƏY
Daxili siyasət19:55
İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər
Region19:45
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərindən biri heç-heçə edib, digəri qələbə qazanıb
Fərdi19:42