Brunu Fernandeş "Brentford" matçı öncəsi məşqdə iştirak etməyib

Futbol
  • 27 noyabr, 2026
  • 18:21
Brunu Fernandeş Brentford matçı öncəsi məşqdə iştirak etməyib

İngiltərə təmsilçisi "Mançester Yunayted"in kapitanı Brunu Fernandeş özünü yaxşı hiss etmədiyi üçün komandanın məşqində iştirak etməyib.

"Report" xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın mətbuat xidməti məlumat yayıb.

Məşqçilər korpusu portuqaliyalı yarımmüdafiəçiyə istirahət etmək üçün vaxt verib. O, Premyer Liqanın XII turunda "Brentford"la keçiriləcək qarşılaşma öncəsi səhhətində problem hiss edib.

Müdafiəçi Lenni Yoro isə qarşıdakı matça hazırdır. O, daha əvvəl "Liverpul"la görüşdə (0:4) qırmızı vərəqə alsa da, klubun apellyasiya şikayətindən sonra cəza ləğv edilib. Hücumçu Mateus Kunya və yarımmüdafiəçi Yuri Tilemansın da "Brentford"la oyunda iştirak etmək imkanları var.

Qeyd edək ki, "Mançester Yunayted" – "Brentford" qarşılaşması noyabrın 28-də Mançesterdəki "Old Trafford" stadionunda keçiriləcək.