Braziliyalı futbolçu daha 2 il "Turan Tovuz"da çıxış edəcək

Futbol
  • 04 iyun, 2024
  • 19:36
Braziliyalı futbolçu daha 2 il Turan Tovuzda çıxış edəcək

"Turan Tovuz" klubu daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb.

"Report" bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qərb klubunun braziliyalı legioneri Aleks Souza 2 illik yeni sözləşməyə imza atıb.

Qeyd edək ki, "Turan Tovuz" bu gün Şəhriyar Əliyevlə "1+1" illik müqavilə bağlayıb.