Braziliya Futbol Konfederasiyasının prezidenti vəzifəsindən kənarlaşdırıla bilər

Futbol
  • 07 may, 2025
  • 19:02
Braziliya Futbol Konfederasiyasının prezidenti vəzifəsindən kənarlaşdırıla bilər

Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti Ednaldo Rodriqes yaxın vaxtlarda vəzifəsindən kənarlaşdırıla bilər.

"Report" xəbər verir ki, bu barədə "Globo" portalı məlumat yayıb .

Mənbənin məlumatına görə, qurum rəhbərinin vəzifəsindən uzaqlaşdırılmasını Braziliya Konqresinin nümayəndəsi Daniela Karneyro tələb edib.

O, Federal Ali Məhkəməyə etdiyi müraciətdə Rodriqesin 2022-ci ildə CBF-yə rəhbər seçilməsinin legitimliyini tanıyan müqavilənin saxtalaşdırılmasında iştirak etdiyini söyləyib.

Qeyd edək ki, Ednaldo Rodriqes 2030-cu ilə qədər CBF-nin prezidenti vəzifəsinə seçilib.

44 filmi