"Beşiktaş"ın futbolçusu Rusiya klubuna keçməyə razılıq verib
Futbol
- 15 fevral, 2025
- 09:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Beşiktaş"ın portuqaliyalı futbolçusu Jedson Fernandeş "Spartak"a (Moskva) keçməyə razılıq verib.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya klubu oyunçuya ildə 4 milyon avro təklif edib.
"Spartak" 26 yaşlı yarımmüdafiəçinin keçidi üçün 25 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, J.Fernandeş 2022-ci ilin yayından "Beşiktaş"da çıxış edir. O, komandanın heyətində müxtəlif turnirlərdə 114 oyun keçirib, 14 qola və 15 məhsuldar ötürməyə imza atıb. Fernandeş "Beşiktaş"ın heyətində Türkiyə Kuboku və Superkubokunu qazanıb.
"Spartak" Rusiya Premyer Liqasının turnir cədvəlində 18 turdan sonra 37 xalla üçüncü pillədə qərarlaşıb.
Son xəbərlər
15:13
İzmirdə zavodda baş verən partlayışla bağlı 17 nəfər saxlanılıb
Region
15:11
Gideon Saar İsrailin daxili işlər naziri postunu da tuta bilər
Digər ölkələr
15:05
Rusiya, ABŞ və Ukraynanın danışıqları fasilədən sonra bərpa olunub - Yenilənib-2
Digər ölkələr
15:05
AFFA Region Liqasına yeni formatda start verilib
Futbol
15:01
"Xalq Həyat Sığorta" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə
14:47
Bolqarıstanda zəncirvari iki yol qəzasında ölənlərin sayı 11-ə yüksəlib, 48 nəfər xəsarət alıb - Yenilənib
Digər ölkələr
14:46
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Ekologiya
14:45
Sadır Japarov Qırğızıstan Prezidenti postuna namizədliyini irəli sürüb
Region
14:24
TÜBA prezidenti: Türkiyə Azərbaycanın iqlim böhranı ilə mübarizə təcrübəsindən yararlanır
Region