"Beşiktaş"ın daha bir aparıcı futbolçusu "Marsel"lə oyunu buraxa bilər

Futbol
  • 16 sentyabr, 2026
  • 22:27
Beşiktaşın daha bir aparıcı futbolçusu Marsellə oyunu buraxa bilər

Türkiyənin "Beşiktaş" klubunun daha bir aparı futbolçusu UEFA Avropa Liqasının əsas mərhələsinin ilk oyununu buraxa bilər.

"Report" "HT Spor"a istinadən xəbər verir ki, kapitan Orkun Kökçünün Fransa təmsilçisi "Marsel"lə matçda iştirakı sual altındadır.

Yarımmüdafiəçinin ayaq barmağında problem aşkarlanıb. Onun durumuna sabah aydınlıq gələcək.

Daha əvvəl "ağ-qaralar"da Leandro Trossardın zədə səbəbindən I turdakı qarşılaşmada meydana çıxmayacağı dəqiqləşib.

Xatırladaq ki, "Beşiktaş" - "Marsel" oyunu sentyabrın 17-də, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

44 filmi